Ağ Ev lideri: "ABŞ qoşunları Ukraynaya göndərilməyəcək"

Ağ Ev lideri: "ABŞ qoşunları Ukraynaya göndərilməyəcək"
19.08.2025 17:04 Dünya

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Ukrayna ərazisinə hərbi qüvvə göndərmək planı yoxdur.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Buna sizi əmin edə bilərəm, çünki mən prezidentəm”, — deyə o, müvafiq suala cavabında vurğulayıb.

Eyni zamanda Tramp Fransa və Almaniyanın Ukraynada öz hərbi kontingentlərini yerləşdirmək marağına toxunaraq qeyd edib ki, bu addımlar Rusiyayla münasibətlərdə gərginlik yaratmamalıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər