Ağ Ev Baydenlə bağlı araşdırma başlatdı

Ağ Ev Baydenlə bağlı araşdırma başlatdı
18.07.2025 10:23 Dünya

ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin sənədləri avtomatik imza cihazı – avtopen vasitəsilə imzalaması ilə bağlı Ağ Ev rəsmi araşdırma başladıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerrolayn Levit məlumat verib.

Administrasiya məsələ ilə bağlı Milli Arxivlər və Sənədlər İdarəsindən bəzi materialları tələb edib.

Daha əvvəl məlum olmuşdu ki, Baydenin adından sənədləri avtopenlə imzalayan dörd Ağ Ev əməkdaşının kimliyi müəyyən edilib. Bu barədə Konqresin Nəzarət və Hökumət İslahatları Komitəsinin sədri, respublikaçı Ceyms Komer məlumat vermişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər