ABŞ Venesuelaya neft və qaz sektorunda əməliyyatlara icazə verdi

Dünya

13.02.2026 00:00

ABŞ Maliyyə Nazirliyi Venesuela neft və qaz sektoruna investisiyalarla bağlı müəyyən fəaliyyətlərə icazə verib.  

TodayPress TV xəbər verir ki, bu barədə müvafiq sənəd Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən dərc edilib. 

Sənəd Venesuela neft və qaz layihələrinə yeni investisiyalar üçün danışıqlar və ilkin razılaşmalar aparmağa imkan verir, lakin bu razılaşmaların faktiki həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin ayrıca təsdiqi tələb olunur. 

Qeyd edək ki, icazə Rusiya, Çin, İran, Şimali Koreya və Kuba şirkətlərinə və vətəndaşlarına, eləcə də onların nəzarəti altında olan təşkilatlara şamil edilmir. 

Xatırladaq ki, fevralın 11-də ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə bağlı müəyyən əməliyyatlar üçün oxşar sənəd imzalayıb. Bu sənəd Rusiya, İran, Şimali Koreya və Kubadan olan fiziki və hüquqi şəxslərlə əməliyyatları qadağan edib. 

Aysel Mətləb

TodayPress TV

tag: Venesuela,ABŞ,Neft,Qaz,Todaypress.tv,