ABŞ və Polşa birgə silah istehsal edəcək
ABŞ və Polşa arasında hərbi texnika və silahların birgə istehsalı ilə bağlı danışıqlar aparılır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Polşadakı səfiri Tom Rouz məlumat verib.
Səfir bildirib ki, Vaşinqton Polşada hərbi texnikanın birgə istehsalını təşkil etmək məqsədilə ölkənin müdafiə rəhbərliyi ilə fəal əməkdaşlıq edir.
Məlumata görə, Polşa ABŞ-dən istehsal lisenziyası alacağı təqdirdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin də ölkə ərazisində istehsalını təklif edib.