ABŞ Ukraynaya 825 milyon dollarlıq silah satacaq
ABŞ Dövlət Departamenti Ukraynaya 825 milyon dollar məbləğində silah satışına razılıq verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Kiyev bu paket çərçivəsində 3 mindən çox uzaqmənzilli idarəolunan "ERAM" (Extended Range Attack Munition) raketləri və əlavə avadanlıqlar əldə etməyi planlaşdırır. Alış Danimarka, Niderland və Norveçin maliyyə dəstəyi, həmçinin ABŞ-nin kredit zəmanəti ilə həyata keçiriləcək.
Qiymət Mahir