ABŞ, Ukrayna və Rusiyanın növbəti danışıqlarının tarixi açıqlandı
ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların növbəti raundunun tarixi açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Belə ki, üçtərəfli danışıqların növbəti raundu fevralın 1-də baş tutacaq.
Məlumata görə, danışıqlarda tərəflər arasında mövcud gərginlik, təhlükəsizlik məsələləri və regional sabitliklə bağlı mövzuların müzakirə olunacağı gözlənilir. Görüşün detalları və gündəliyi ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.
Türkan İsgəndərli