ABŞ Ukrayna münaqişəsinə marağını itirib

ABŞ Ukrayna münaqişəsinə marağını itirib
07.06.2025 12:40 Dünya

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri Conson bildirib ki, ABŞ-nin Asiyaya doğru geosiyasi maraqlarının dəyişməsi müşahidə olunur və Ukrayna münaqişəsi Vaşinqtonun maraqlarından kənarda qalır.

TodayPress TV xəbər verir ki, bu barədə o, "YouTube" kanalında danışıb.

"Pentaqon rəhbəri tarixdə ilk dəfədir ki, Ukrayna üzrə təmas qrupunun görüşündə iştirak etməyəcək. Bu, sözsüz ki, təsadüf deyil. ABŞ münaqişəyə marağının itirilməsi siqnalı verir", - o vurğulayıb.

Analitikin fikrincə, Rusiya ilə Ukrayna arasında silahlı münaqişə planları Bill Klintonun prezidentliyi dövründə formalaşmağa başlayıb. Lakin hazırda ABŞ-nin geosiyasi prioritetləri əhəmiyyətli dərəcədə Asiyaya doğru dəyişib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər