ABŞ silah istehsalını kəskin artırır - 22-dən çox yeni zavod

ABŞ silah istehsalını kəskin artırır -  22-dən çox yeni zavod
17.11.2026 18:10 Dünya

Müdafiə şirkətləri ABŞ silahlarının istehsal həcmini artırmaq məqsədilə hazırda 22-dən çox zavod tikir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin liderlərinin iştirakı ilə Manilada keçirilən qəbulda çıxışı zamanı bəyan edib.

Lider qeyd edib ki, bura “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri, eləcə də “Tomahawk” qanadlı raketləri daxildir:

"ABŞ silahlarını sifariş edən ölkələr onların çatdırılmasını “həddindən artıq uzun müddət gözləməli olurlar. Müdafiə şirkətləri hazırda “Patriot”, THAAD sistemləri, “Tomahawk” və digər silahların istehsalı üçün 22-dən çox zavod tikir”.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər