ABŞ sərhəddə 300-dən çox kartel dronu vurdu

ABŞ sərhəddə 300-dən çox kartel dronu vurdu
05.09.2026 14:36 Dünya

ABŞ 2026-cı ilin əvvəlindən Meksika sərhədi yaxınlığında narkotik kartelləri ilə əlaqəli 300-dən çox dronu məhv edib.

TodayPress TV xəbər verir ki, ABŞ Şimal Komandanlığının məlumatına görə, təkcə avqust ayında 100-dən çox pilotsuz uçuş aparatı vurulub.

Lakin ABŞ hərbçiləri dronların neçəsinin ABŞ, neçəsinin isə Meksika ərazisində məhv edildiyini açıqlamayıb.

ABŞ tərəfi bildirir ki, transmilli cinayətkar təşkilatlar dronlardan narkotik qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlər üçün, həmçinin sərhədçiləri və hərbçiləri izləmək məqsədilə istifadə edirlər.

Avqustun sonunda ABŞ ordusu cənub sərhədində ilk dəfə AMP-HEL yüksək enerjili lazer sistemindən istifadə edib. Sistem kartellərlə əlaqəli 11 dronu məhv edib.

Meksikanın müdafiə naziri Rikardo Trevinyo isə bildirib ki, kartellər dronlardan əsasən hüquq-mühafizə orqanlarının olmadığı ərazilərdə qanunsuz miqrantların yerini müəyyənləşdirmək üçün istifadə edirlər. Bununla yanaşı, dronlar rəqib kartellərə və dövlət rəsmilərinə qarşı hücumlarda da tətbiq olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər