ABŞ Qrenlandiyada təbii sərvətlərin çıxarılmasına nəzarət edəcək

ABŞ Qrenlandiyada təbii sərvətlərin çıxarılmasına nəzarət edəcək
23.01.2026 17:21 Dünya

Qrenlandiyada təbii sərvətlərin çıxarılmasına nəzarət edəcək xüsusi bir qurum yaradılması nəzərdən keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Yeni struktur faydalı qazıntıların kəşfiyyatı üçün hüquqların verilməsini tənzimləyəcək və Çinin və Rusiyanın adanın ehtiyatlarında iştirakının qarşısını almağa yönəlib.

Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin ABŞ-nin Prezidenti Donald Tramp adanın onun nəzarətinə keçməli olduğunu vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər