ABŞ Qrenlandiya xalqı ilə danışıqlara başlamaq istəyir

Dünya

24.12.2025 13:08

"Vaşinqtonun Danimarka adasına iddiaları fonunda, Ağ Ev qrenlandiyalılarla gələcək inkişaflarını müzakirə etmək üçün dialoqa başlamaq istəyir"

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin Qrenlandiya üzrə yeni təyin olunmuş xüsusi elçisi Ceff Lendri deyib.

“Düşünürəm ki, müzakirəmiz Qrenlandiyadakı əsl insanlarla, qrenlandiyalılarla aparılmalıdır. ABŞ həmişə qonaqpərvər tərəf olub. Biz ora kimisə fəth etməyə və ya kiminsə ölkəsini ələ keçirməyə getmirik”, - deyə o bildirib.

Xüsusi nümayəndə ölkənin Qrenlandiyaya olan marağını adanın uzun müddətdir davam edən geosiyasi kölgəsi, Çinin aktiv olması və Avropanın bölgəni görməzdən gəlməsi ilə izah edib. 

"Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ Qrenlandiyaya təhlükəsizliyi təmin etmək üçün sürətli bir yol təklif edir, eyni zamanda coğrafi cəhətdən də Avropa tərəfdaşlarından daha yaxındır", - deyə Lendri vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Qrenlandiya, Xalq,Danışıq,Todaypress.tv,