ABŞ qoşunları Polşaya köçürülə bilər
ABŞ NATO ölkələrindən qoşunlarını çıxararaq Polşaya yerləşdirməyi nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Wirtualna Polska" məlumat yayıb.
Məlumata görə, bu addım Vaşinqtonu İranla müharibədə dəstəkləməyən ölkələrə qarşı tədbir kimi qiymətləndirilir.
Qoşunların Litva və Rumıniyaya da yerləşdirilməsi variantı müzakirə olunur.
Ekspertlər bu addımın NATO-nun birliyinə təsir edə biləcəyini bildirir.