ABŞ-nin Qeşm adasına zərbəsi nəticə vermədi - İrandan rəsmi AÇIQLAMA

ABŞ-nin Qeşm adasına zərbəsi nəticə vermədi - İrandan rəsmi AÇIQLAMA
17.11.2026 20:40 Dünya

ABŞ ordusunun İranın Qeşm adası yaxınlığındakı bəzi obyektlərə endirdiyi zərbələr yaşayış, ticarət və infrastruktur obyektlərinə zərər vurmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Hörmüzqan əyaləti qubernatorunun siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Əhməd Nəfisi bildirib.

“Düşmənin hücumu nəticəsində adanın həyati əhəmiyyətli və xidmət infrastrukturuna heç bir zərər dəyməyib”, – deyə İranın dövlət teleradio şirkəti onun sözlərini sitat gətirib.

Nəfisinin sözlərinə görə, Qeşm adasında vəziyyət nəzarət altındadır, bütün qəza-xilasetmə, xidmət və icra qurumları tam hazırlıq vəziyyətinə gətirilib.

Xatırladaq ki, bundan əvvəl İranın “Fars” agentliyi Qeşm adasının şimal-qərbində bir neçə partlayış baş verdiyini bildirmişdi.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər