ABŞ Prezidenti: "Putinlə münasibətlər yalnız nəticə verərsə önəmlidir"

ABŞ Prezidenti: "Putinlə münasibətlər yalnız nəticə verərsə önəmlidir"
19.08.2025 16:51 Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərin qurulmasını müsbət hal adlandırıb, lakin bunun yalnız konkret nəticələr əldə olunacağı təqdirdə əhəmiyyət kəsb etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb.

Onun sözlərinə görə, əgər Putin hər hansı razılaşma istəməsə, onda onu “çətin vəziyyət” gözləyəcək:

“Mən Putinə zəng etdim, aramızda yaxşı münasibətlər var, amma bu, yalnız nəsə əldə etdiyimiz halda dəyərlidir. Əks halda münasibətlər məni maraqlandırmır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər