ABŞ Prezidenti: “Putin güzəştə getməyə hazırdır”

Dünya

23.01.2026 14:31

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibəyə son qoymaq üçün güzəştə getməyə hazırdır. 

TodayPress TV xəbər verir ki, bu barədə “DW News” məlumat yayıb.

"Putin güzəştə gedəcək. Buna nail olmaq üçün hər kəs güzəştə gedəcək", - deyə Ağ Ev lideri qeyd edib.

Tramp həmçinin Davosdan ABŞ-yə qayıdarkən bunu özündən çox Avropa üçün etdiyini bildirib. Eyni zamanda, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşünü "çox yaxşı" adlandırıb.

Qeyd edək ki, üçtərəfli görüşdə Ukrayna və Amerika nümayəndə heyətləri enerji obyektlərinə hücumların qarşılıqlı dayandırılmasını müzakirə etmək niyyətindədirlər. Təklifə əsasən, Ukrayna Rusiya neft infrastrukturunu hədəf almamaqla, Moskvanın da Kiyevin enerji sisteminə hücumlarını dayandırmasına nail olmaq istəyir.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ ,Tramp,Putin ,Ukrayna,Todaypress.tv,