ABŞ ordusundan 400 milyonluq anlaşma

ABŞ ordusundan 400 milyonluq anlaşma
07.08.2026 23:17 Dünya

ABŞ Silahlı Qüvvələri Amerikanın "AeroVironment" texnologiya şirkəti ilə Locust pilotsuz uçuş aparatlarına qarşı lazer sistemlərinin tədarükü üçün 400 milyon dollar dəyərində ilk müqaviləni imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon hərbi münaqişələr zamanı getdikcə daha geniş istifadə olunan pilotsuz uçuş aparatlarına qarşı əlçatan və effektiv vasitələr axtarır.

Bildirilir ki, Meksika sərhədində "Locust" sisteminin sınaqları zamanı baş vermiş dost atəşi insidentinə baxmayaraq, Pentaqon bu sistemlərdən onlarla ədəd satın alacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər