ABŞ-nin Yaxın Şərqdəki qüvvələri döyüşə hazır vəziyyətdədir
ABŞ-nin Yaxın Şərqdəki silahlı qüvvələri döyüşə hazır vəziyyətdədir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın veb saytında yerləşdirilən ABŞ qüvvələrinin hərəkətdə olduğunu göstərən videoda qoşunların İranla atəşkəsdən hazırlığı qorumaq, yenidən silahlanmaq və təchizat artırmaq üçün istifadə etdiyi göstərilib.
"Biz yenidən silahlanırıq. Taktikalarımızı, metodlarımızı və prosedurlarımızı yenidən hazırlayırıq və tənzimləyirik. Dünyada bizim kimi uyğunlaşan heç bir ordu yoxdur və atəşkəs dövründə məhz bunu edirik", - deyə bildirilib.
Aysel Mətləb