ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq?
ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyan gəmilərindən biri olan "USS Gerald R. Ford (CVN-78)" İran əleyhinə əməliyyatdan sonra gözləniləndən daha ağır texniki problemlərlə üzləşib.
TodayPress TV xəbər verir ki, "CNN"in dənizçilərə istinadən yaydığı məlumata görə, gəmi əməliyyat zamanı yaranan intensiv aşınma və zədələr səbəbindən uzunmüddətli təmirə ehtiyac duyur. Bildirilir ki, bərpa işləri təxminən bir il davam edə bilər.
Məlumata əsasən, problemləri daha da dərinləşdirən hadisələrdən biri martın 12-də gəmidə baş verən yanğın olub. Yanğın gəminin arxa hissəsində yerləşən camaşırxanada başlayıb və tam söndürülməsi bir gündən çox vaxt aparıb. Hadisə nəticəsində bir sıra sistemlər sıradan çıxıb və genişmiqyaslı təmir işlərinə ehtiyac yaranıb.
"USS Gerald R. Ford (CVN-78)" 11 aylıq xidmət müddətini və İranla bağlı hərbi əməliyyatda iştirakını başa vurduqdan sonra mayın 16-da bazaya qayıdıb.
Mənbənin iddiasına görə, gəmidəki zədələrin miqyası əvvəl açıqlanandan daha böyükdür və bu səbəbdən təmir prosesinin uzanacağı gözlənilir.
Türkan İsgəndərli