ABŞ-nin illərlə İraqda davam edən mövcudluğuna SON QOYULUR
ABŞ 30 sentyabradək bütün qoşunlarını İraqdan çıxarmağa hazırlaşır, bununla da 2003-cü ildən bəri ölkədəki hərbi mövcudluğuna son qoyur.
TodayPress TV xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilib ki, bu addım İraq təhlükəsizlik qüvvələrinin İŞİD-lə mübarizədə tam məsuliyyəti üzərinə götürməsi ilə eyni vaxta təsadüf edir.
Eyni zamanda, İraq hökumətinə İranın dəstəklədiyi silahlı qrupları tərksilah etməsi üçün təzyiq göstərilir.