ABŞ-nin gecə əməliyyatı: İranda nələr baş verdi? - VİDEO
ABŞ İranın Bəndər Abbas şəhəri və Qeşm adası istiqamətinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.
Məlumata görə, zərbələr İranın hava hücumundan müdafiə sistemləri, sahil müşahidə məntəqələri, yer-hava raket kompleksləri, gəmi əleyhinə qanadlı raketlər və pilotsuz uçuş aparatlarının buraxılış mövqelərini hədəf alıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə əməliyyatın İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumuna cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Türkan İsgəndərli