ABŞ-nin ən məxfi şəbəkəsi çökdü - Səbəb müəmmalıdır
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi rabitə şəbəkəsində ciddi nasazlıq yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı altı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, əməkdaşların məxfi məlumat mübadiləsi üçün istifadə etdiyi “NSA Net” şəbəkəsi fəaliyyətini dayandırıb.
Nasazlığın səbəbi hələlik məlum deyil. Hadisənin kiberhücumla əlaqəli olduğuna dair isə hər hansı əlamət aşkarlanmayıb.
Kübra Musayeva