ABŞ-nin 500%-lik tarif hədələri: “Bu, özünə qarşı atəşdir”
"ABŞ-nin Rusiya ilə ticarət əlaqələrini davam etdirən ölkələr – o cümlədən Hindistan və Çinə qarşı 500%-lik tariflər tətbiq etmək hədəsi sadəcə siyasi blefdir".
TodayPress TV xəbər verir ki, bu fikri “Tsargrad”a açıqlamasında M.V.Lomonosov adına MDU-nun professoru, politoloq Kirill Koktyş bildirib.
O, belə bir addımın yalnız Rusiya, Hindistan və Çinə deyil, elə ABŞ-nin özünə də ağır zərbə vuracağını deyib:
“Bu, sadəcə ayağa atəş açmaq deyil, ABŞ-nin özü üçün həyati əhəmiyyət daşıyan dünyanın böyük bir hissəsini gözdən çıxarmaq demək olar”.
Qiymət Mahir