“ABŞ-ni soyurdular” - Tramp Kanadaya qəzəbləndi
ABŞ Prezidenti Donald Tramp Kanadanı uzun illər ərzində ABŞ-dən istifadə etməkdə ittiham edib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesablarından birində paylaşım edib.
Tramp bildirib ki, Kanada onilliklərdir ABŞ-ni “soyub” və danışıqlar aparılması baxımından ən çətin və “ağılsız” ölkələrdən biri olub.
“Onlar özlərini imtiyazlı hiss edirlər, amma onlar ABŞ ştatı deyillər və artıq heç bir imtiyazları olmayacaq”, - deyə Tramp vurğulayıb.
Kübra Musayeva