ABŞ Mərkəzi Komandanlığının "X" hesabı bağlandı
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabı fəaliyyətini dayandırıb.
TodayPress TV xəbər verir ki, Komandanlıq özünün “X” səhifəsində verdiyi məlumatda bunun səbəbini ABŞ hökumətinin “şatdaunu” ilə əlaqələndirib.
“Hökumətin bağlanması səbəbindən bu səhifə artıq mütəmadi olaraq yenilənmir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, dünən ABŞ federal hökuməti büdcə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.