ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var?
06.08.2026 20:49 Dünya

ABŞ hakimiyyəti Kuba ilə bağlı sanksiya siyahısına beş hüquqi şəxs və səkkiz fiziki şəxsi, o cümlədən ölkənin Rusiyadakı hərbi attaşesini daxil edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunub.

Sənədə əsasən, sanksiyaya məruz qalan fiziki şəxslər arasında Monika Milian Qomes də yer alıb. Rusiyadakı Kuba səfirliyinin internet səhifəsində verilən məlumata görə, o, Kubanın Rusiyadakı hərbi, hərbi-dəniz və hərbi-hava attaşesidir. Bundan başqa, Kubanın Çindəki hərbi attaşesi Valdo Peres Kortesə qarşı da məhdudiyyətlər tətbiq edilib.

Sanksiya siyahısına daxil edilən hüquqi şəxslər arasında Yuri Qaqarin adına hərbi-sənaye müəssisəsi, "Tecnotex", "Tecnoimport", "Duna" və "UIM" şirkətləri yer alıb. Bildirilib ki, onların hamısı Havana şəhərində qeydiyyatdan keçib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər