ABŞ kosmosa pilotsuz təyyarə göndərdi

ABŞ kosmosa pilotsuz təyyarə göndərdi
22.08.2025 11:25 Dünya

ABŞ Kosmik Qüvvələri yeni missiya üçün “Boeing” şirkətinin istehsalı olan “X-37B” pilotsuz təyyarəsini kosmosa göndərib. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələri açıqlama verib. 

Pilotsuz kosmik təyyarənin “SpaceX” tərəfindən istehsal edilən “Falcon Heavy” raketi ilə ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən göndərildiyi bildirilib. 

Orbitə buraxılan “X-37B" kosmik təyyarəsi Yer orbitində lazer rabitəsi və “GPS” olmadan təhlükəsiz naviqasiya texnologiyalarını sınaqdan keçirəcək. 

Gizli tapşırıqlar və elmi təcrübələr həyata keçirən təyyarənin orbitdə nə qədər qalacağı hələlik məlum deyil. 

Aysel Mətləb 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər