ABŞ koalisiyası Suriyada bazasından çıxır

ABŞ koalisiyası Suriyada bazasından çıxır
21.02.2026 05:22 Dünya

ABŞ-nin rəhbərliyi ilə İŞİD-lə mübarizə üçün yaradılmış beynəlxalq koalisiya Suriyanın Əl-Haseke əyalətindəki "Kasrak" hərbi bazasından qoşunlarını çıxarmağa başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Məlumata görə, şəxsi heyət və hərbi texnika karvanları qonşu İraqa gedir.

Qeyd edək ki, "Kasrak" bazası Qərb koalisiyasının Suriyadakı ən böyük hərbi obyekti hesab olunurdu.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər