ABŞ Kanadanı şantaj edir
Kanadanın F-35 qırıcılarını almaqdan imtina etməsi ABŞ-nin Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) haqqında razılaşmalara düzəliş etməyə məcbur edə bilər.
TodayPress TV xəbər verir ki, ABŞ-nin Kanadadakı səfiri Pit Hukstra "CBC" telekanalına müsahibəsinə deyib.
"Əgər onlar "F-35" qədər operativ uyğunluğa malik olmayan aşağı keyfiyyətli təyyarə almaq qərarına gəlsələr, bu bizim hərbi potensialımıza təsir göstərəcək. Nəticədə, bunu necə kompensasiya edəcəyimizi düşünməli olacağıq", - deyə diplomat bildirib.
Qeyd edək ki, Kanada beşinci nəsil "F-35" qırıcılarının alınması proqramına yenidən baxmaq və İsveçin hərbi-sənaye konsernindən "JAS 39 Gripen E" qırıcılarını almaq imkanını nəzərdən keçirir.