ABŞ-İsrail zərbələri nəticəsində ölənlərin sayı açıqlandı

ABŞ-İsrail zərbələri nəticəsində ölənlərin sayı açıqlandı
23.04.2026 23:40 Dünya

ABŞ və İsrailin zərbələri nəticəsində üç mindən çox iranlı həlak olub, onlardan 220-si uşaq, 250-si isə qadındır.

TodayPress TV "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali İslam Respublikasının Ordu Günü münasibətilə keçirilən təntənəli qəbul zamanı bildirib.

Səfir qeyd edib ki, ABŞ-İsrail zərbələri nəticəsində 125 mindən çox mülki obyekt zərər görüb. Diplomat əlavə edib ki, hücumlar zamanı yaşayış binaları, tibb müəssisələri və iqtisadi infrastruktur obyektləri hədəfə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər