ABŞ İranla Cenevrədə danışıqların növbəti raunda hazır olduğunu açıqladı
Dünya
22.02.2026 23:43
Vaşinqton administrasiyası İran ABŞ-nin nüvə proqramı ilə bağlı təkliflərinə 48 saat ərzində ətraflı cavab verərsə, 27 fevralda Cenevrədə İran nümayəndələri ilə yeni danışıqlar raundu keçirməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı xəbər verib.
"Əgər İran layihə təklifi təqdim edərsə, ABŞ cümə günü Cenevrədə ətraflı danışıqlara başlamaq və nüvə razılaşmasına nail olub-olmayacağımızı görmək üçün görüşməyə hazırdır", - deyə Amerika rəsmiləri arasında bir mənbə qeyd etdi.
Bildirilib ki, İran tərəfi gələn həftənin əvvəlində cavab verərsə, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner "27 fevralda Cenevrədə olmağı planlaşdırırlar". Mənbə qeyd edib ki, ABŞ və İran "yekun razılaşmaya çatmazdan əvvəl müvəqqəti razılaşmanın bağlanması" ehtimalını müzakirə ediblər.
tag: Vaşinqton ,Cenevrə,İran,Amerika,TodayPress TV,
