ABŞ İranın yüksək vəzifəli məmurlarına zərbə endirə bilər

Dünya

27.01.2026 10:32

ABŞ İrandakı etirazlar zamanı nümayişçilərin ölümündə günahkar bildiyi yüksək vəzifəli İran rəsmiləri və komandirlərinə qarşı hədəfli zərbələr endirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Middle East Eye" (MEE) nəşri məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, zərbələr bu həftənin əvvəlində baş verə bilər. Lakin, vaxtın dəyişməsi də gözləniləndir.

ABŞ-nin keçmiş kəşfiyyat rəsmisi MEE-yə bildirib ki, ABŞ prezident administrasiyası daxilində aparılan müzakirələr Donald Trampın Tehranda “rejim dəyişikliyi” istəklərindən hələ də imtina etmədiyini göstərir.

Xatırladaq ki, Ağ Ev lideri daha əvvəl "Axios"a verdiyi müsahibəsində Tehranın ABŞ ilə mübahisələrinin diplomatik yolla həllində maraqlı olduğunu bildirmişdi. Eyni zamanda, Tramp İran yaxınlığında böyük qüvvələr topladığını da vurğulamışdı.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Hücum,İran,Zərbə,Todaypress.tv,