ABŞ İrana uranın zənginləşdirilməsinə 20 illik qadağa qoya bilər
Vaşinqton ABŞ-İran danışıqları zamanı Tehrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
İran tərəfi cavab olaraq daha qısa moratorium müddəti təklif edib. "Axios" qeyd edir ki, İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqları razılaşmanın əldə olunması üçün əsas maneə olaraq qalır.
ABŞ və İran arasında danışıqların, eləcə də razılaşmaya nail olmaq üçün fəaliyyətlərin davam etdiyi bildirilir. Bu barədə "Axios"un müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən "X" sosial şəbəkəsində paylaşım edib.