ABŞ İrana dənizdən təzyiqi artırır? - 92 gəminin istiqaməti dəyişdirildi
ABŞ hərbçiləri iyulun ortalarında İranın dəniz limanlarının blokadası bərpa edildikdən bəri 92 ticarət gəmisinin istiqamətini dəyişdirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb.
"Sentyabrın 6-na olan vəziyyətə görə, ABŞ Silahlı Qüvvələri 92 kommersiya gəmisinin istiqamətini dəyişdirib, 3-nü sıradan çıxarıb və daha 2-sinin göyərtəsinə daxil olub", - deyə qeyd olunub.
Sentyabrın 3-də istiqaməti dəyişdirilən gəmilərin sayı 87 təşkil edirdi.
Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.
Aysel Mətləb