ABŞ-İran danışıqlarının növbəti raundunun tarixi açıqlandı

Dünya

24.05.2026 18:00

Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu iyunun 5-də keçirilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair ilkin razılaşma qarşılıqlı anlaşma memorandumunu ehtiva edir. Memorandumun imzalanmasından sonra isə "yekun məsələlər üzrə danışıqlar" aparılacaq.

Mənbələrin bildirdiyinə görə, İran və ABŞ arasında əldə oluna biləcək ilkin razılaşma "İslamabad Bəyannaməsi" adlandırılacaq.

Onların sözlərinə əsasən, danışıqlar prosesində əsas vasitəçi olan Pakistan memorandumun elanını tərəflərin əsas nümayəndələrinin iştirakı olmadan edə bilər. Vaşinqton və Tehran isə yekun saziş üzrə danışıqlar başlayacağı zaman nümayəndə heyətlərinin rəhbərlərini göndərəcəklər.

TodayPress TV 

tag: İran,ABŞ İran,İsrail,Hörmüz,Todaypress.tv,