ABŞ-İran danışıqları üçün diplomatik səylər gücləndirilir

ABŞ-İran danışıqları üçün diplomatik səylər gücləndirilir
13.04.2026 15:07 Dünya

Pakistan, Misir və Türkiyə ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmaq üçün diplomatik səylərini artırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" və "Axios" məlumat yayıb.

Məlumata əsasən, atəşkəs müddəti 21 apreldə başa çatmazdan əvvəl ikinci mərhələ danışıqların keçirilməsi planlaşdırılır.

Pakistanın Baş naziri Şahbaz Şərifin göstərişi ilə hər iki tərəflə birbaşa əlaqə saxlayır. Əvvəlki danışıqlarda ciddi irəliləyiş olmasa da, vasitəçilər vəziyyətə ehtiyatlı optimizm ilə yanaşırlar.

Regional rəsmilərdən birinin sözlərinə görə, hələlik "qapı bağlanmayıb" və tərəflər arasında danışıqlar davam edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər