ABŞ-İran danışıqları 25 saat davam edib
ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar bu il ən uzun sürən görüş olub.
TodayPress TV "Mehr"ə istinadən xəbər verir ki, bunu İran XİN sözçüsü İsmayıl Bəqai deyib.
O bildirib ki, danışıqlar ümumilikdə 24–25 saat davam edib.
“Bu danışıqlar raundu bu il ən uzun oldu və ümumilikdə 24 və ya 25 saat davam etdi”, — deyə Bəqai qeyd edib.
Qeyd olunur ki, görüş Pakistanın paytaxtında ABŞ Prezidenti Donald Trampin elan etdiyi iki həftəlik atəşkəsdən dərhal sonra baş tutub.
Məlumata görə, danışıqlar nəticəsiz yekunlaşıb:
“İran ABŞ-nin şərtlərini qəbul etmədi və tərəflər razılığa gələ bilmədi”.
İran XİN isə bildirib ki, dialoq qarşılıqlı etimadsızlıq şəraitində keçib və bu mərhələdə razılaşma gözlənilmirdi.
Qiymət Mahir