ABŞ iki gəmiyə zərbə endirdi

ABŞ iki gəmiyə zərbə endirdi
10.11.2025 19:45 Dünya

9 noyabr ABŞ Prezidenti Donald Trampın göstərişi ilə iki gəmi hədəf alınıb.

TodayPress TV xəbər verir ki, bunu ölkənin müharibə naziri Pit Heqset açıqlayıb.

Onun sözlərinə görə, gəmidə olan şəxslər terror təşkilatları ilə əlaqəli və narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər olub.

Hər gəmidə 3 nəfər, ümumilikdə 6 nəfər ölüb. ABŞ qüvvələri arasında heç bir itki qeydə alınmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər