ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi
ABŞ may ayının əvvəlindən bəri 1000-dən çox gəminin Hörmüz boğazını keçməsinə köməklik göstərib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, CENTCOM qüvvələri yüksək döyüş hazırlığı vəziyyətində qalmaqdadır və sülh dövründə dünya neftinin təxminən 20 faizinin keçdiyi bu strateji su yolunu keçmək istəyən ticarət gəmilərinə dəstək verməyə hazırdır.
Aysel Mətləb