ABŞ hipersəs silahlarının istehsalına başladı

ABŞ hipersəs silahlarının istehsalına başladı
24.05.2025 21:15 Dünya

ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, Birləşmiş Ştatlar artıq hipersəs silahlarının hazırlanmasını başa çatdırıb və onların genişmiqyaslı istehsalına başlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə "West Point" Hərbi Akademiyasının məzunları qarşısında çıxış edərkən məlumat verib.

O, bu silahlarla bağlı əlavə təfərrüatlara varmayıb.

Prezident çıxışında həmçinin iddia edib ki, Rusiya hipersəs silahlarını ABŞ-nin keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə əldə etdiyi məlumatlar əsasında inkişaf etdirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər