ABŞ Hindistanla hərbi əlaqələrin möhkəmləndirilməsinə əsas diqqət ayırır
Dünya
23.04.2026 08:30
ABŞ hərbi sahədə Hindistanla əməkdaşlığın gələcək inkişafına əhəmiyyət verir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit okean Komandanlığının rəhbəri, admiral Samuel Paparo məlumat verib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı çıxış edən admiral, Yeni Dehli ilə müdafiə əlaqələrinin inkişafından danışarkən vurğulayıb ki, buna həqiqətən də əsas diqqət yetirilir.
Paparonun sözlərinə görə, iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət aktiv şəkildə genişlənir. Xüsusilə silahlı qüvvələr arasındakı münasibətlər artan templərlə inkişaf edir.
Admiral əlavə edib ki, Hindistan Pentaqonun ən çox ziyarət edilən tərəfdaşlarından biridir. O, həmçinin Hindistan hərbi komandanlığının nümayəndələri ilə mütəmadi olaraq, o cümlədən telefon vasitəsilə əlaqə saxladığını bildirib.
Aysel Mətləb
tag: ABŞ,Hindistan,Pentaqon,Əməkdaşlıq,TodayPress TV,
