ABŞ hərbi gəmiləri Venesuela sahillərinə yönəldildi

ABŞ hərbi gəmiləri Venesuela sahillərinə yönəldildi
28.08.2025 17:08 Dünya

ABŞ-nin Hərbi Dəniz Qüvvələri Venesuela sahillərinə azı səkkiz hərbi gəmi və minlərlə hərbçi göndərib.

TodayPress TV xəbər verir ki, “Financial Times”ın (FT) diplomatik mənbələrə istinadən yazdığına görə, bölgəyə ən azı yeddi gəmi, o cümlədən üç raket esminesi, bir desant gəmisi və bir raket kreyseri cəlb olunub. 

Həmçinin mənbələrdən biri əlavə edib ki, regionda sürətli nüvə zərbə sualtı qayığı da yerləşdirilib.

Məlumatda qeyd olunur ki, iki esmines artıq Venesuela sahillərindədir, üçüncüsü isə Panamanın cənubunda, Sakit okeanda yerləşir. Bundan əlavə, ABŞ bölgəyə 4,5 min hərbçi göndərib. Onların desant gəmisi və iki yardımçı gəmi ilə çatacağı bildirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər