ABŞ gəmiləri İranın razılığı olmadan Hörmüz boğazından keçdi
Dünya
11.04.2026 17:15
"Bir neçə ABŞ hərbi gəmisi Hörmüz boğazından keçib”.
TodayPress TV "TASS" a istinadən xəbər verir ki, bunu amerikalı jurnalist Barak Ravid "X"da yazıb.
O bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə gəmi İranın razılığı olmadan Hörmüz boğazından keçib.
“Şənbə günü bir neçə ABŞ hərbi gəmisi Hörmüz boğazından keçib”. Bu addım İranla əlaqələndirilməyib və müharibə başlayandan bəri ilk belə haldır”,- jurnalist qeyd edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, İranın iri şəhərləri hücumlara məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib.
Hazırda iki həftəlik atəşkəs elan olunub və İslamabadda İran və ABŞ nümayəndələri arasında danışıqlar davam edir.
Jalə Rövşən
tag: Hörmüz,ABŞ ,Gəmi ,İran ,Todaypress.tv,
