ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım

ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım
05.06.2026 08:26 Dünya

ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya əlavə hərbi yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Sənədin lehinə 226, əleyhinə isə 195 konqresmen səs verib.

Qanun layihəsinə əsasən, ABŞ administrasiyası Rusiyanın Ukrayna ilə bağlı fəaliyyətini mütəmadi qiymətləndirməli olacaq. Əgər Moskvanın sülh danışıqlarından yayındığı və ya mümkün razılaşmaların şərtlərini pozduğu qənaətinə gəlinərsə, əlavə sanksiyalar tətbiq edilə bilər.

Yeni məhdudiyyətlər Rusiya rəsmilərini, maliyyə qurumlarını, neft-qaz, kömür və mədən sektorlarını əhatə edir. Həmçinin Rusiya mənşəli mal və xidmətlərə tətbiq olunan gömrük rüsumlarının ən azı 500 faizə çatdırılması təklif olunur.

Qanun layihəsi 2026 və 2027-ci maliyyə illərində Ukraynaya ümumilikdə 300 milyon dollar həcmində hərbi yardım ayrılmasını da nəzərdə tutur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər