ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun”

ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun”
06.08.2026 22:10 Dünya

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Ed Milibəndlə görüşündə Avropanın öz təhlükəsizliyinin təmin olunmasında rolunun artırılmasının vacibliyini müzakirə etdiklərini bildirib.

TodayPress TV xəbər verir ki, Rubio Vaşinqton və Londonun Hörmüz boğazında gəmiçiliyin azadlığının qorunması və İranın nüvə silahına sahib olmasının qarşısının alınması məsələsində ortaq mövqeyini təsdiqlədiyini deyib.

“Avropanın öz təhlükəsizliyinin təmin edilməsində daha əhəmiyyətli rol oynaması zərurətini müzakirə etdik. Həmçinin Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin edilməsi və İranın nüvə silahına sahib olmasına imkan verilməməsi ilə bağlı ortaq öhdəliyimizi təsdiqlədik”, - deyə ABŞ dövlət katibi bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər