ABŞ-də zəlzələ baş verdi
ABŞ-nin Nyu-Cersi ştatında şənbə günü 3 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Bergen qraflığının Hasbruk Hayts bölgəsində olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ Nyu-Yorkda da hiss olunub. Hazırda mümkün dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.
Türkan İsgəndərli