ABŞ-də xarici yardımın azaldılması təsdiqləndi

ABŞ-də xarici yardımın azaldılması təsdiqləndi
18.07.2025 09:19 Dünya

ABŞ Konqresi prezident Donald Trampın təşəbbüsü ilə dövlətin ictimai yayım və xarici yardım proqramlarına ayırdığı təxminən 9 milyard dollarlıq maliyyəni ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tramp administrasiyası daha əvvəl təsdiqlənmiş bu vəsaitləri geri çağırıb.

Senat Trampın tələbi əsasında hazırlanan qanun layihəsini 51 səs lehinə, 48 səs əleyhinə olmaqla qəbul edib. Nümayəndələr Palatası isə qanun layihəsini 216–213 səs nisbətilə təsdiqləyib.

Layihə indi prezidentin imzasına təqdim olunacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər