ABŞ-də neft qazma qurğularının sayı azaldı
ABŞ-nin "Baker Hughes" neft xidmətləri şirkəti 12-18 iyul tarixlərini əhatə edən həftəlik statistik məlumatlarını açıqlayıb.
TodayPress TV xəbər verir ki, hesabata əsasən, sözügedən müddətdə ölkədə fəaliyyət göstərən neft qazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 2 ədəd azalaraq 422-yə enib. Son bir il ərzində isə ABŞ üzrə aktiv neft qazma qurğularının sayı ümumilikdə 55 ədəd azalıb.
Eyni zamanda, neft qiymətlərində də cüzi dəyişiklik qeydə alınıb. İyulun 17-ni 68,89 dollarla başa vuran "Brent" markalı xam neftin bir barelinin qiyməti növbəti gün 68,60 dollara düşüb.
Töhfə Səməd