ABŞ-də nə baş verir? Neft ehtiyatları AZALDI
ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 3,2 milyon barel azalaraq oktyabrın 2-nə 424,1 milyon barel təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən dəqiqləşdirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün orta beşillik göstəricidən 1% yüksəkdir.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 18:30-a olan məlumata görə, Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin dekabr tədarüklü fyuçersinin qiyməti 1,16% artaraq bir barel üçün 101,75 dollara, WTI neftinin dekabr fyuçersinin dəyəri isə 0,41% artaraq bir barel üçün 89,81 dollara yüksəlib.
Aysel Mətləb