ABŞ-də hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan edildi
ABŞ-nin 14 ştatında fövqəladə vəziyyət elan edilib.
TodayPress TV “ABC News”a istinadən xəbər verir ki, qar çovğunu səbəbindən Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisippi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarında fövqəladə vəziyyət elan olunub.
Bundan başqa ABŞ-da 1400-dən çox aviareys ləğv edilib.