ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı
ABŞ Konqresi 2026-cı ildə büdcə kəsiri proqnozlarını $200 milyard artıraraq $2,1 trilyona çatdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.
Konqresin Büdcə İdarəsi bu artımı gömrük xidmətlərinin gözləniləndən daha az həcmdə idxal rüsumları toplaması ilə əlaqələndirib. Ümumilikdə, 2026-cı ildə gömrük xidmətləri rüsum və yığımlardan əvvəllər proqnozlaşdırılan göstəricilərdən təxminən $250 milyard az vəsait əldə edəcək.
Bununla belə, 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək olan dövr ərzində federal xərclər $6,2 trilyondan çox təşkil edib ki, bu da 2025-ci ilin göstəricilərini $209 milyard üstələyir. Bu, sosial ödənişlərin həcminin artması ilə bağlıdır.